DAİM.AZ xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın məlumatına görə, bununla da dünyada COVID-19 xəstələrinin sayı 5,6 milyon nəfərə çatıb.
ÜST bildirib ki, son sutkada ayrı-ayrı ölkələrdə infeksiyaya ümumilikdə 104 505 yeni yoluxma təsdiqlənib. Bununla yanaşı, bir gün ərzində daha 4 221 insan pandemiyanın qurbanı olub.
Beləliklə, dünyada COVID-19-a yoluxma ilə bağlı aşkarlanmış halların ümumi sayı 5 593 631 təşkil edir. Pandemiya ərzində ayrı-ayrı ölkələrdə ümumilikdə 353 334 nəfər koronavirusdan ölüb.
Təhlükəli virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 556 479 nəfərin virus daşıyıcısı olması təsdiqlənib. Siyahıda ikinci yerdə Avropa qərarlaşıb. Köhnə qitədə 2 079 924 insan COVID-19-a yoluxub.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərh Yazın