DİN Baş DYP İdarəsindən verilən məlumata görə, bununla əlaqədar hərəkət iştirakçılarından, xüsusilə həmin istiqamətlərə getmək istəyən respublikanın digər şəhər və rayon sakinlərindən xahiş olunur ki, səfərə çıxmazdan əvvəl qeyd olunan şəhər və kəndlərdə xüsusi karantin rejiminin sərtləşdirilməsini və bu səbəbdən adıçəkilən inzibati ərazilərə buraxılmayacaqlarını nəzərə alsınlar.
“Ümid edirik ki, ölkəmiz üçün hazırkı həssas dönəmdə hər bir hərəkət iştirakçısı özünün və yaxınlarının sağlamlığını qorumaq naminə müraciətimizə anlaşıqlı şəkildə yanaşacaq və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə sərtləşdirilmiş xüsusi karantin rejiminə, eləcə də sanitar-epidemioloji vəziyyətlə bağlı bütün tələblərə ciddi riayət edəcəklər”.
Şərh Yazın