Bu gün Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri bəlli olub.
Bu barədə Mədəniyyət nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 16 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin ikinci mərhələsi keçirilmiş, qanunvericiliyə müvafiq olaraq hər iki seçkinin nəticəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya ümumilikdə 9 üzv seçilmişdir.
Seçilən 9 nəfərin arasında tanınmış şair-publisist, Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) qurucusu Əkbər Qoşalının da adı var.
Şərh Yazın