“Silahdaşlarımızı itirdik. Bu itki çox ağırdır. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq xalqın başını uca etdilər”.
Bu fikirləri DSX rəisi, general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib.
“Şəhid olan hərbi qulluqçularımızın ailələrinə başsağlığı verirəm. Əmin ola bilərsiniz ki, onların xatirəsi daima yaşayacaq. Bütün şəhidlərin valideynləri qarşısında baş əyirəm”, - o bildirib.
Mənbə: Report
Şərh Yazın