Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Bayden administrasiyasının Türkiyəyə “F-16”-ların satışına müsbət yanaşdığını bildirib.
Reyting.az xəbər verir ki, bundan əvvəl ABŞ Senatı Türkiyə ilə “F-16” döyüş təyyarələri ilə bağlı müqaviləyə dair qanun layihəsinin öz versiyasında məhdudlaşdırıcı şərtləri ləğv edib.
Məhdudiyyətlər Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini almasından sonra tətbiq edilib.
Bundan əlavə, ABŞ Türkiyəyə ən son “F-35” qırıcılarının tədarükü proqramından çıxarılması barədə rəsmi bildiriş göndərib.
Türkiyənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir bildirib ki, Amerikanın “F-16”-larının alınması ilə bağlı sövdələşmə baş tutmasa, ölkə Rusiyadan “Su-35” qırıcılarını almağı düşünə bilər.
Ərdoğan: “ABŞ bizə “F-16” satmağa meyllidir”
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın