"Türkiyə Rusiya-Ukrayna gərginliyinə son qoymaq üçün əlindən gələni edəcək".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
"Mən 2 ildən sonra strateji tərəfdaşımız Ukraynaya yenidən səfər etməkdən qürur duyuram. Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bəyan etmək istəyirəm. İnanıram ki, biz hər sahədə ikitərəfli əməkdaşlığımızı gücləndirəcəyik", - Türkiyə lideri qeyd edib.
Ərdoğan bu gün imzalanan azad ticarət sazişindən də danışıb:
"10 milyard dollarlıq ticarət həcmi hədəfini qiymətləndirdik. İnanıram ki, razılaşma bizi tez bir zamanda bu məqsədə aparacaq".
Mənbə: Report
Şərh Yazın