"Bütün dünya Azərbaycanın yanında olduğumuzu bilməlidir".
Reyting.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bügünkü çıxışında Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmaıara toxunarkən deyib.
O bildirib ki, Ermənistanın hazırkı hərəkətləri qəbuledilməzdir: "Bütün dünya bilməlidir ki, biz azərbaycanlı qardaşlarımızın yanındayıq. Təcavüzkar mövqeyini davam etdirən Ermənistan bu vəziyyətin nəticələri ilə üz-üzə qalacaq. Bir daha Azərbaycan şəhidlərimizə rəhmət diləyirəm. Başda qardaşım İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm".
Şərh Yazın