“Ermənistan ordusu hər gün Azərbaycan-Ermənistan sərhədində təxribatlar törədir. Əlbəttə, buna uzun müddət dözmək mümkün deyildi.
Digər tərəfdən, müharibədən sonra Azərbaycan hökuməti sivil formada Ermənistana sülh müqaviləsi imzalamağı təklif edib, müvafiq təkliflərini İrəvana göndərib. Amma neçə müddətdir ki, Ermənistandakı revanşist qüvvələr buna qarşı çıxır, sülh sazişinin imzalanmasına imkan vermək istəmirlər. Üstəlik, təxribatlar da həyata keçirirməklə vəziyyəti gərginləşdirməyə çalışırlar. Bunun da qarşısı alınıb”.
Bunu Reyting.az-a professor Fərhad Mehdiyev Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlik və hərbi qarşıdurmanı şərh edərkən bildirib.
F. Mehdiyev deyib ki, hazırda Rusiya Ukraynada çətin duruma düşüb, vəziyyəti o qədər də yaxşı deyil: “Ermənistan da ortada qalıb. Mənim fikrimcə, Ermənistanın yolu yoxdur və o, Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Əslində Azərbaycanla normal əlaqələrin qurulması Ermənistanın özünə də sərfəlidir və lazımdır. İndiki kimi davam etsələr, daha pis vəziyyətlə üzləşəcəklər”.
F. Mehdiyev
Professor qeyd edib ki, Ermənistanın ənənəvi siyasətinin nəticəsini görmür:
“Azərbaycan Qarabağ məsələsini həll edib sona çatdıracaq. Ermənilər sərhədlərin delimitasiya və demarkasiyası, sülh sazişi, kommunikasiyaların açılması və s. kimi məsələlərin həlli ilə bağlı addımlar atmalıdır. Erməni revanşistlərin təxribat cəhdləri özlərinin əleyhinə işləyəcək. Onlar məcbur qalıb Azərbaycanın şərtlərini qəbul edəcəklər”.
F. Mehdiyev yeni qarşıdurmaların ola biləcəyini də istisna etmir. Çünki işin tam çözümünə çox da yaxın deyilik. “Əsas odur ki, iş başlasın. Məncə, gərginlik hələ bir müddət davam edəcək”,- deyə F. Mehdiyev əlavə edib.
Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalacaq - Professor
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın