Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanın digər şəhərlərini, o cümlədən, sənaye şəhəri olan Mingəçeviri də atəşə tutub: “Onlar Gəncədə böyük vəhşilik törədib. Ermənistan dövlət səviyyəsində Azərbaycanın mülki əhalisinə qarşı terror aktları həyata keçirir. Bununla onlar xalqımızın iradəsini qıra bilməyib. Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə davam edir. İkinci dəfə oktyabrın 18-də humanitar atəşkəs razılaşmasına baxmayaraq, Ermənsitan öz xislətini göstərədi və yenidən mülki əhalimizi atəşə tutdu. Bu, Ermənistanın terrorçuluq mahiyyətini ortaya qoyur”.
Şərh Yazın