Bunu Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi mina xəritələrini gizlədir:
“Bu, Ermənistanın beynəlxalq hüquqi pozması deməkdir. Minanın əsas məqsədi kimisə öldürməkdir. Minaları gizlətməklə Ermənistan Azərbaycanın mülki əhalisini öldürmək missiyasını davam edir. Bu, beynəlxalq hüququn pozulması və hərbi cinayət deməkdir”.
“Biz bütün beynəlxalq platformadan istifadə edərək təşkilatlara da müraciət edirik.
Azərbaycanın mülki əhalisi minalara görə öz evlərinə qayıda bilmirlər. Biz bu məsələləri beynəlxalq standartlara malik olan institutlarla müzakirə edirik”, - deyə H.Hacıyev əlavə edib.
Şərh Yazın