APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, guya İrəvan səmalarında dronlar uçurdu, o da fotoşop idi.
Prezidentin köməkçisinin sözlərinə görə, onradan həmin görüntülərin media və sosial şəbəkələrdən silinməsi ilə bağlı göstəriş verilib: "Media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları asanlıqla aşkarlamaq mümkündür”.
Şərh Yazın