Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun sərhəddə vəziyyəti daha da gərginləşdirdiyini və ağır artilleriyanı işə saldığını bəyan edir.
Nazirliyin təcili bəyanatını təqdim edirik:
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.
Şərh Yazın