Ermənistan və ABŞ-ın EAGLE PARTNER-2023 birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək. Reyting.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində sentyabrın 11-dən 20-dək Ermənistanda, xüsusən də sülhməramlı briqadanın “Zar” təlim mərkəzində və Müdafiə Nazirliyinin N saylı təlim mərkəzində EAGLE PARTNER-2023 erməni-amerikan birgə təlimləri keçiriləcək.
Birgə təlimlərin məqsədi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən birləşmələrin qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində qabaqcıl təcrübələri bölüşmək, o cümlədən Ermənistan bölməsinin planlaşdırılan döyüşlərə hazırlığını artırmaqdır. Bu, NATO Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə üçündür.
Onu da qeyd edək ki, bazar ertəsi NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger bildirib ki, Ermənistan Şimali Atlantika Alyansına qoşulmalıdır.
Ermənistan öz ərazisində ABŞ-la hərbi təlimlər keçirəcək
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın