Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib:
“Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik” ordumuzun nəyinə gərəkdir?
Cavab sadədir. Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhval-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir.
Bir sözlə. Bütün PUA-larımız sağ-salamat və döyüş sırasındadır”.
Şərh Yazın