Nazirlikdən bildirilib ki, agentliyin psixoloq və psixiatrlarından ibarət mütəxəssis qrupları bu kateqoriyadan olan 14 şəxs və ailələri ilə psixo-sosial reabilitasiya işləri aparıblar. Bu işlər, o cümlədən psixokorreksiya tədbirləri həm əyani, həm də onlayn şəkildə həyata keçirilib.
Görüşlər zamanı ailələrin sosial vəziyyətləri də öyrənilib, ehtiyaclarına uyğun dəstəklə təmin edilmələri üçün işlər görülüb.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyi tərəfindən postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərindən biri kimi, ötən ilin noyabr ayında psixoloji dəstək xətti (050 406 75 85) də yaradılıb. Müharibədən zərərçəkənlərə bu xətt vasitəsilə də (həmçinin zənglə evlərə gedilməklə) onlayn psixoloji dəstək göstərilib.
Şərh Yazın