"Magistral yollarda tıxaclar çoxdur. Ona görə də hadisə yerinə tez çatmaq üçün motosikletlər almışıq".
Bu fikirləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, FHN-in sularda xilasetmə ilə bağlı da xidməti var: "Ölkəmizdə obyektiv və subyektiv səbəblərdən qanunsuz tikililər var. Bununla bağlı müvafiq qurumlara işlər aparılır".
Nazir bildirib ki, texniki və təbii fəlakətlərdən heç kim sığortalanmayıb: "Biz çalışırıq ki, işimizi, peşəkarlığımızı daha da artıraq. Bu məsələ bizim qarşımızda duran məsələlərdən biridir".
Şərh Yazın