Finlandiyada son sutkada daha 179 nəfər koronavirusa yoluxub.
Bunu ölkənin Milli Səhiyyə və Sosial İnkişaf Qurumu açıqlayıb.
“Finlandiyada aprelin 8-dək qeydə alınan koronavirus hallarının ümumi sayı 2 487 nəfərdir”, - qurumdan bildirilib.
Məlumata görə, indiyədək virusdan ölənlərin sayı 34 nəfərdir. Qeyd edilir ki, virus qurbanlarının orta yaşı 84-dür.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 433 000-i ötüb. Bunların 302 351 nəfəri sağalıb, 82 136 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərh Yazın