DAİM.AZ “Qafqazinfo” yə istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, partlayış bomba yüklü bir avtomobil vasitəsilə hərbi məhkəmə binasının yaxınlığında baş verib. Hadisə nəticəsində 5 mülki şəxs həlak olub, 19 nəfər xəsarət alıb. Yaralananlardan 14-ü mülki şəxs, 5-i isə hərbçidir.
Partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
Qeyd edək ki, bu, Əfqanıstanda son 3 gündə baş verən 3-cü terror aktıdır.
Şərh Yazın