"Fransada və Avropada sanitar vəziyyətin əlverişli inkişafına uyğun olaraq və Avropa Komissiyasının dünən təqdim edilmiş tövsiyələri nəzərə alınaraq, Fransa 15 iyun saat 00:00-dan daxili sərhədlərinin kəsişməsinə bütün məhdudiyyətləri aradan qaldırır", - deyə Xarici İşlər və Daxili İşlər nazirliklərinin birgə məlumatında bildirilir.
Bundan başqa, Fransaya giriş məhdudiyyətləri Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, Sen-Martena, San-Marino, İsveçrə və Vatikandan gələnlər üçün aradan qaldırılır.
Bu halda Fransa İspaniya və Böyük Britaniyadan gələnlər üçün 14 günlük karantin rejimi haqqında qaydalarını saxlamaq barədə qərar qəbul edib.
Sənəddə həmçinin göstərilir ki, Avropa Birliyinin tövsiyələrinə uyğun olaraq Fransa 1 iyuldan birliyə üzv olmayan digər dövlətlər üçün sərhədlərin tədricən açılışına başlayacaq.
Daha əvvəl Avropa Komissiyası Avropa Birliyi ölkələrinə 1 iyuldan sərhədləri qismən başqa dövlətlərin vətəndaşları üçün açmağı məsləhət görüb.
Şərh Yazın