İyunun 1-dən 2-dək Azərbaycanda “Gimnastika hamı üçün” növü üzrə II Bakı Beynəlxalq “Challenge”i keçiriləcək
Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Yaşından və fiziki hazırlıq səviyyəsindən aslı olmayaraq, bütün insanları birləşdirəcək yarışda Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən ümumilikdə 60-a yaxın komanda iştirak edəcək.
İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını nümayiş etdirəcəklər. Tədbirin keçirilməsində məqsəd gimnastikanın, sadəcə, idman növü deyil, həm də sağlam həyat tərzi nümunəsi və əyləncə forması olduğunu göstərməkdir.
Tədbir "ustad dərsləri", komandaların rəngarəng yürüşləri, hər yaş qrupunun zövqünə xitab edəcək əyləncə proqramları ilə yadda qalacaq.
Şərh Yazın