DAİM.AZ məlumatına görə, hadisə Gəncə - İmamzadə avtomobil yolunda, Atabəylər küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yeni kanalizasiya xətlərinin çəkilişi zamanı qazılan 9 metr dərinlikdə olan quyuya düşüb.
Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar – 1985-ci il təvəllüdlü Fuad Rəcəbov və 1990-cı il təvəllüdlü Elmir Məmmədovdur. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.
Avtomobili quyudan çıxarmaq üçün əraziyə FHN xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Şərh Yazın