Güney Azərbaycan Qurumları Əməkdaşlıq Qurulu Anım Günü ilə bağlı bəyanat yayıb.
"Daim.az"ın məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan Cümhuriyyətinin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqların böyük hissəsi azad edilib.
“Vətən Müharibəsində Azərbaycanın igid əsgərləri, gizirləri və zabitləri 30 illik erməni işğalına və BM'in boş sərəncamlarına 44 gündə son qoyub. Bu Dövlət - Vətən savaşında şəhidlərimizə, yaralılarımıza və keçmiş 30 ildə erməni işğalına və cinayətkarlığına məruz qalan hər kəsə ehtiramımızı bildiririk. Azərbaycanın hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tuturuq.
Biz İran-Fars rejiminin Azərbaycan Cümhuriyyətinin sərhədlərinə ordu yığmağını və bəzi yetkililərin Azərbaycana qarşı həddini aşan çıxışlarını şiddətlə qınayırıq.
Güney Azərbaycan Milli Hərakatı təşkilatları olaraq, hər zaman və hər yerdə Azərbaycan dövlətçiliyinin yanındayıq və onu qorumaq için hazırıq”.
Bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:
1- Azadlıq Cəbhəsi (GAMAC)
2- Azərbaycan Mərkəz Partiyası (AMP)
3-Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
4- Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
5- Güney Azərbaycan Demokrat Partiyası (GADP)
6- Güney Azərbaycan İstiqlal Partiyası(GAİP)
7- Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
8- Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
9-Güney Azərbaycan Demokratik Türk Birliyi(GADTB)
Şərh Yazın