Məlumata görə, bildirişdə qeyd edilir ki, hazırda İran Moskva və Çindən aldığı əmrlərlə hərəkət edir. Bu da İranda və bölgədə yaşayan millətlərə bədbəxtlikdən başqa heç bir şey qazandırmır.
Hər kəs şahiddir ki, Tehran hakimiyyəti İslam bayrağı adı altında bütün tənqidçiləri və etirazçıları xain kimi göstərir. Bu ölkənin təcridxanaları ədalət sevərlərlə doldurulub. Qadın və milli haqq fəalları, habelə işçi və müxtəlif fəallar ağır həbsə məhkum edilir.
İranda yaşayan başqa millətlərdə dolların 30 minə çatdığı bir dövrdə Güney Azərbaycanın niyə başqa yöndə hərəkət etdiyi kimi bəzi suallar yaranır. Bunun cavabını bir daha təkrar edirik. Azərbaycanın varlığı hədələnir! Azərbaycan yalnız yoxsulluq yaşamır. Azərbaycanın son 300 illik tarixi buna ən yaxşı örnəkdir.
Bu gün Təbriz ilə Azərbaycan küçələrində şahid olduğunuz üsyan ədalət cəbhəsinin kənarında durmaqdan başqa bir şey deyil. Unutmayın ki, biz Azərbaycanın tərəfində deyil, Azərbaycanın özüyük!. Unutmayın ki, bu gün ermənilərin yanında olan və varlığımızı təhdid edən rus qüvvələri xalq olaraq bizi ikiyə bölüb.
Güney Azərbaycanın dəyərli milli fəalları "Biz Azərbaycanın tərəfində deyil, Azərbaycanın özüyük!" adlı kampaniyaya başlayıblar.
- 0SEVDİM
- 6ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın