Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı Güney Azərbaycan milli fəalları bəyanat yayıb.
Reyting.az-a təqdim edilən bəyanatda deyilir:
“27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum zamanı mühafizə xidmətinin rəisi qətlə yetirilib, səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar.
Terror hücumuna görə məsuliyyət bir başa İran dövlətinin üzərinə düşür. Çünki Cenevrə Konvensiyasına görə, ölkələr öz ərazilərindəki səfirliklərin təhlükəsizliyini təmin etməlidirlər. Təəssüflər olsun ki, İran Cenevrə Konvensiyasına əməl etməyib.
Azərbaycanlı milli fəallar terror hücumunu qəti şəkildə pisləyir və belə hücumların - istər diplomatlara, istərsə də milli fəallara qarşı davamlı xarakter ala biləcəyindən narahatlığını bəyan edir.
Bu səbəbdən də İrandan dərhal belə hücum və terror hadislərinin qarşısını almağı, Azərbaycan səfirliyinə əvvəlcədən planlaşdırılmış hücumla bağlı ədalətli araşdırma aparmağı tələb edirik.
Belə hücumların qarşısı alınmayacağı, baş vermiş terror hadisəsi ilə bağlı ədalətli araşdırma aparılmayacağı, milli fəallara qarşı təqib və təzyiqlərə son qoyulmayacağı təqdirdə İrandakı soydaşlarımızı milli mübarizəyə səsləyirik.
Təbriz Azərbaycandır!
Güneydəki soydaşlarımızın yeni mübarizəsi başlayır - Bəyanat
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın