Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğu vərəqəsinin sonuncu - ikinci hissəsini də tamamlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İlya Darçiaşvili brifinqdə bildirib.
Onun sözlərinə görə, sənəd mayın 10-na qədər Avropa Komissiyasına təqdim ediləcək.
Nazir deyib ki, prosedura uyğun olaraq Avropa Komissiyası anket üzrə müvafiq qiymətləndirmə rəyi hazırlayacaq.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ilin martın 3-də Aİ-yə üzvlüklə bağlı müraciət imzalayıb. Qonşu ölkə ittifaqa üzvlüklə bağlı sorğu vərəqəsini aprelin 11-də təhvil alıb. Anketin ilk hissəsi Aİ-nin Gürcüstandakı səfirinə mayın 2-də təqdim olunub.
Şərh Yazın