“Hökumət ölkədəki epidemioloji vəziyyəti hərtərəfli təhlil etdikdən sonra fövqəladə rejimi uzatmaqla bağlı prezidentə və parlamentə müraciət etməmək qərarına gəlib”, - hökumət başçısı bildirib.
Bununla birlikdə, Baş nazir qeyd edib ki, fövqəladə vəziyyətin ləğvi məhdudiyyətlərin tamamilə aradan qaldırılması demək deyil:
“Parlamentə riskləri idarə etməyə imkan verən məhdudiyyətləri qanunvericilik səviyyəsində qoruyub saxlamaq üçün müraciət edəcəyik”.
Qeyd edək ki, Gürcüstanda koronavirusun yayılması təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət martin 21-də elan edilmişdi.
Şərh Yazın