Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin iddiasını rədd etdikdən sonra hakim “Gürcü arzusu” partiyası Qərb siyasətçilərinin Gürcüstanın ədliyyə sisteminə hücumlarına görə üzr istəməsini tələb edir.
Reyting.az xəbər verir ki, belə bir tələbi Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsləndirib.
Onun sözlərinə görə, Qərb Gürcüstanın məhkəmə sistemindən üzr istəməlidir.
Ş. Papuaşvili əlavə edib ki, Gürcüstan məhkəmə sisteminin imicinə xələl gətirmək cəhdləri 10 ilə yaxındır davam edir və əsassız tənqid xaricdən maliyyələşən yerli QHT-lər tərəfindən geniş şəkildə dəstəklənir. O, bu vəziyyəti “Xarici agentlər haqqında” qanunun qəbul edilməsinin lehinə növbəti arqument kimi qiymətləndirir: “Mişanı azad et!” kampaniyası ilə çıxış edənlər indi “Rusiya qanunu” kampaniyası ilə çıxış edirlər. Bu sövdələşmə göstərir ki, koordinasiyalı xarici təsir sxemi Gürcüstanın demokratiyasını və sabitliyini pozur, daha çox şəffaflıq və ictimai nəzarət tələb edir”.
Qeyd edək ki, bundan əvvəl Avropa İnsan Haqları Məhkəməsi Gürcüstanın eks-prezidenti Mixail Saakaşviliyə qarşı iki iş üzrə heç bir qanun pozuntusuna rast gəlməyib. Söhbət ölkədə hakimiyyət dəyişikliyindən sonra Saakaşvili haqqında çıxarılan iki hökmdən gedir.
AİHM yekdilliklə müəyyən edib ki, Saakaşviliyə münasibətdə Tbilisi Şəhər Məhkəməsinin vahid tərkibinin müstəqilliyi və qərəzsizliyi ilə bağlı 18-ci maddənin (ədalətli məhkəmə araşdırması hüququ) 1 və 3-cü (d) bəndləri pozulmayıb.
ELÇİN
Gürcüstan Qərbdən üzr istəməyi tələb edir
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın