DAİM.AZ xəbər verir ki, bunu ölkənin Milli Turizm Administrasiyasının rəhbəri Mariam Kvrivişvili deyib.
O, Münxen və Parisdən Tbilisiyə uçuşların həyata keçirildiyini bildirib: “Paris-Tbilisi reysi ötən gün yerinə yetirilib. Göyərtədə 188 sərnişin olub ki, onların da böyük əksəriyyətini turistlər təşkil edib. Onlar karantinə alınmayıblar və hazırda Gürcüstan üzrə səyahət edirlər. Münxendən Tbilisiyə səfər edən turistlərə də eyni qayda tətbiq olunub”.
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava isə öz növbəsində Tbilisi küçələrində ilk əcnəbi turistlərin görünməsindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, qonşu ölkə koronavirus pandemiyası səbəbindən martın 18-dən sərhədlərini əcnəbi vətəndaşlar üçün bağlamışdı.
Şərh Yazın