“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulanların sayı 2 937-yə, sağalanların sayı isə 1 422-yə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 19 təşkil edir.
Gürcüstan üzrə karantin zonalarında 6 633, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.
Şərh Yazın