Gürcüstanda son sutka ərzində koronavirusa 472 yeni yoluxma halı qeydə alınıb, 318 nəfər sağalıb, 3 pasiyent isə vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının ümumi sayı 10 225-ə çatıb. Sağalanların sayı 5 553, ölənlərin sayı isə 66 olub.
Hazırda karantində 5 574, tibbi nəzarətdə 836 nəfər saxlanılır. Xəstəliyi simptomsuz və ya yüngül keçirən 1 338 nəfər isə xüsusi otellərdə müalicə olunur.
Şərh Yazın