DAİM.AZ Reporta istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.
Onun sözlərinə görə, mayın 22-dən rayonda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb: “İnkubasiya dövrü başa çatıb və son 14 gündə rayonda 449-dan çox rayon sakini testdən keçirilib. Yeni yoluxma halı təsdiqlənməyib. Buna görə də Tetritskaroya giriş-çıxışın bərpası barədə qərarın qəbulu mümkün olub”.
Qeyd edək ki, yüksək epidemioloji riskə görə Tetritskaro rayonuna giriş-çıxış aprelin 26-dan etibarən məhdudlaşdırılıb.
Şərh Yazın