Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfər edəcək.
O, bələdiyyənin mərkəzində böyük gürcü ədidi Şota Rustavelinin heykəlinin açılış mərasiminə qatılacaq.
Heykəl Marneulinin ictimai kitabxanasının binası qarşısında ucaldılıb.
Tədbirdə Kvemo Kartli bölgəsi, Marneuli meriyasının rəhbər şəxsləri, deputatlar və digər rəsmi şəxslər iştirak edəcəklər.
Hər il noyabrın 20-də rayonda yeni "Şotaoba" bayramının qeyd olunması qərara alınıb.
Şərh Yazın