ABŞ-ın “Reuters” agentliyi Türkiyədən “Bayraktar-TB2” dronları alan bəzi ölkələr barədə material hazırlayıb.
Reyting.az-ın məlumatına görə, agentliyin yaydığı materialda qeyd olunur ki, “Bayraktar-TB2” operativ-taktiki döyüş dronlarını istehsal edən Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar daha iki növ yeni dronu sınaqdan keçirəcəklərini deyib.
“Reuters”in məlumatına görə, Haluk Bayraktar “Baykar” şirkətinin 13 ölkəni pilotsuz uçuş aparatları (PUA) ilə təmin etdiyini vurğulayıb. “Reuters” agentliyi arsenalında “Bayraktar-TB2” dronları olan həmin ölkələrdən doqquzu haqda qısa arayış hazırlayıb. Novator.az saytı arayışı ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Azərbaycan
PUA-lar Türkiyənin müttəfiqi Azərbaycana Dağlıq Qarabağda Ermənistanın dəstəklədiyi qüvvələr üzərində qələbə çalmaqda kömək olub.
2020-ci ilin sentyabrında Qarabağ bölgəsində hərbi əməliyyatlar başlamazdan əvvəl Türkiyənin PUA və digər hərbi texnika satışının həcmi 77 milyon dollaradək yüksəlib.
Efiopiya
Məlumatlı mənbələr “Reuters”ə bildirib ki, Efiopiya “Bayraktar-TB2” dronları almaq üçün müraciət edib. Razılaşmaya ehtiyat hissələrin alınması və təlimlərin keçirilməsi üzrə zəmanətlər də daxil ola bilər.
Qırğızıstan
Qırğız Silahlı Qüvvələri Türkiyədən PUA-lar sifariş edib. Sayı bilinmir. Ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev dronların çatdırılması prosesinin hələ yekunlaşmadığını söyləyib.
Liviya
Liviya Milli Həmrəylik Hökuməti 2020-ci ildə Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misirin dəstəklədiyi qüvvələrin Tripoli şəhərinə hücumunu dəf etmək üçün “Bayraktar-TB2” dronlarından istifadə edib.
Mərakeş
Mərakeş mediasının xəbərinə görə, sentyabr ayından ölkə 13 ədəd “Bayraktar-TB2” dronları və 4 yerüstü idarəetmə stansiyası almağa başlayıb.
Polşa
Mayın 22-də Polşa hökuməti bəyan edib ki, Türkiyədən 24 ədəd “Bayraktar-TB2” alacaq. Dronların Polşaya 2022-ci ildə çatdırılacağı bildirilib.
Qətər
2021-ci ilə olan məlumata görə, Qətər Hərbi Hava Qüvvlərinin arsenalında 6 ədəd “Bayraktar-TB2” var.
Türkmənistan
Türkmənistan “Bayraktar-TB2” platformasını 2021-ci ilin sentyabrında dövlət müstəqilliyinin 30-cu ildönümü münasibətilə keçirilən paradda nümayiş etdirib.
Ukrayna
Ukrayna “Bayraktar-TB2” platformasının inkişafında mərkəzi yer tutur. 2019-cu ildə ölkə bağladığı müqavilə əsasında Türkiyədən 12 ədəd PUA alıb. Müqavilə növbəti ildə də PUA-ların alınmasını nəzərdə tutub.
Ukrayna həmçinin 48 ədəd PUA istehsal etmək üçün Türkiyə ilə müştərək müəssisə qurur.
Ukrayna Silahlı Qüvvələrinin açıqlamasına görə, oktyabrın 26-da Rusiyanın Ukrayna ərazisində dəstəklədiyi separatçıları atəşi dayandırmağa məcbur etmək üçün dronlardan istifadə olunub.
Hansı ölkələr Türkiyədən döyüş dronu alıb?
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın