TASS xəbər verir ki, bu barədə döyüşçünün məşqçisi Xavyer Mendes məlumat verib.
X.Mendes bildirib ki, üç gün əvvəl H.Nurməhəmmədovdan atasının sağalması barədə mesaj alıb:
“Abdulmanaf Nurməhəmmədovun keçirdiyi ürək əməliyyatı ilə bağlı ağırlaşmaları olub, amma o, artıq koronavirus xəstəsi deyil”.
Xatırladaq ki, məşhur rusiyalı döyüşçünün atası aprelin 25-də insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. May ayında isə həkimlər onun COVID-19 virusuna yoluxması ilə bağlı məlumat vermişdi. Abdulmanaf Nurməhəmmədov Moskvada müalicə alırdı.
Şərh Yazın