Dövlət Xidmətindən verilən məlumata görə, respublikanın şəhər və rayonlarında qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılan vətəndaşlarımız Xidmətin yerli struktur bölmələrinə böyük ruh yüksəkliyi ilə gəlirlər.
Hərbi vəzifəlilər cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusu sıralarına qələbə əhval ruhiyyəsi ilə yola düşürlər.
Qeyd edək ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Bununla belə Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə, elektron resurslarına könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və əsgərlərimizə lazımi kömək göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır.
Şərh Yazın