“Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin COVID 19 pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərarı müddəti bitmiş icbari sığorta müqavilələrinə aid deyil”.
İcbari Sığorta Bürosundan verilən məlumata görə, avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq və müvafiq qaydada cərimə tətbiq olunacaq.
“Karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyətin olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır.
Belə ki, nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn şəkildə verilir. Bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə gəlməsinə ehtiyac yoxdur” - deyə, məlumatda qeyd olunub.
Şərh Yazın