DAİM.AZ-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu il III qrupda 600-dən çox bal toplayanların ümumi sayı 555 nəfər olub: “Belə abituriyentlərin hamısı dövlət sifarişli yerləri seçməyə meyllidirlər. Keçən il ən yüksək müsabiqə vəziyyəti olan ixtisaslar hüquqşünaslıq (tədris ingilis dilində) , dövlət və ictimai münasibətlər və s. olub. Ən aşağı nəticələr isə tərcümə (fars dili), məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif müəllimliyi, təhsildə psixoloji xidmət , tarix müəllimliyi olub.
M.Abbaszadə qeyd edib ki, bu il üçün III qrup üzrə dil və ədəbiyyat müəllimliyi ixtisası üzrə qəbul planı 30%, ibtidai sinif müəllimliyi üzrə 10%, tarix müəllimliyi üzrə 11% artım var.
Şərh Yazın