Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının videokonfrans formatında növbəti sammitində çıxışı zamanı bəyan edib.
O, Azərbaycanın da vaksinasiya prosesinə qoşulduğunu bildirib.
Dövlət başçısının sözlərinə görə, aylardır ki, “Sputnik V”, “Astrazeneca”, “Sinopharm”, “Sinovac”, “Moderna”, “Pfizer-BioNTech” kimi aparıcı vaksin istehsalçıları ilə danışıqlar aparırılıb.
Prezident İlham Əliyev çoxplatformalı vaksinasiya stirategiyasının hazırlandığını qeyd edib.
“Hansı texnologiya əsasında hazırlanmasından asılı olmayaraq, bizim üçün vacib olan elmi əsaslandırılmış təhlükəsizlikdir”, - deyə dövlət başçısı vurğulayıb.
Şərh Yazın