Bu sözləri Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində deyib.
Prezident bildirib ki, Azərbaycan vətəndaşları bilir ki, Şuşaya yol Ağdam üzərindən gedirdi:
“Əvvəllər Şuşaya gedən yol Ağdam üzərindən gedirdi. Ağdam-Xankəndi-Şuşa yolu. Bu gün hələki bu yoldan istifadə etmək mümkün deyil. Bir daha bütün xalqımızı qələbə münasibətilə təbrik edirəm. Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!”.
Şərh Yazın