Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələri elan olunub.
Reyting.az xəbər verir ki, nəticəni Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təşkil etdiyi brifinqdə açıqlayıb.
MSK sədri bildirib ki, ilkin nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,10 faiz səslə prezident seçkilərinə liderlik edir.
M. Pənahov qeyd edib ki, səsvermənin nəticələri ilə bağlı məntəqələrdən yeni məlumatlar daxil olmaqdadır və yekun nəticələr açıqlanacaq. Hazırda 6 537 məntəqədən 3 561-nin nəticələri daxil olub.
Bu, ümumi məntəqələrin 54,47 faizidir: "İndiyə qədər 2 715 667 bülleten sayılıb, etibarlı səslərin sayı 2 711 804-dür".
Məzahir Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:
- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);
- Zahid Oruc - 2,2 faiz;
- Fazil Mustafa - 1,99 faiz;
- Qüdrət Həsənquliyev - 1,78 faiz;
- Razi Nurullayev - 0,79 faiz;
- Elşad Musayev - 0,66 faiz;
- Fuad Əliyev - 0,48 faiz.
Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10 faizini toplayaraq qalib gəlib.
***
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
Reyting.az-ın xəbərinə görə, Məzahir Pənahov bildirib ki, hazırda 6 537 məntəqədən 6102-nin nəticələri daxil olub.
M. Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:
- İlham Əliyev – 92,05 faiz (4 281 625 səs);
- Zahid Oruc - 2,19 faiz;
- Fazil Mustafa - 2 faiz;
- Qüdrət Həsənquliyev - 1,76 faiz;
- Razi Nurullayev - 0,8 faiz;
- Elşad Musayev - 0,67 faiz;
- Fuad Əliyev - 0,53 faiz.
Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,05 faizini toplayaraq qalib gəlib.
İlham Əliyev prezident seçkilərinin qalibidir!
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın