Bu gün martın 14-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Bu barədə Şarl Mişel özünün "Twitter" səhifəsində yazıb. O qeyd edib ki, telefon danışığı zamanı Ukraynadakı situasiya, regional təhlükəsizlik və Cənubi Qafqaz müzakirə olunub.
"Avropa İttifaqı stabil, dinc və çiçəklənən Cənubi Qafqaz görmək istəyir", - Mişel bildirib.
Şərh Yazın