“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 101-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışındakı çıxışından götürülüb.
Trend-in məlumatına görə, çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin fevral-mart aylarını əhatə edir.
Yeni kitabda Prezident İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərinə, Türkiyə və Türkmənistan prezidentlərinin ölkəmizə səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata birgə bəyanatlara dair materiallar toplanıb.
Nəşrə Azərbaycan Prezidentinin ABŞ, Böyük Britaniya və Rusiyanın, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə gəlmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsi haqqında informasiyalar daxil edilib.
Dövlətimizin başçısı bütün görüşlərində və apardığı danışıqlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini və digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb.
Bu cilddə oxucular Azərbaycan Prezidentinin Goranboy, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarına səfərləri zamanı infrastruktur obyektlərinin, o cümlədən “ASAN xidmət” mərkəzinin, xəstəxanaların, parkların, sənaye müəssisələrinin açılışında söylədiyi nitqlərinin mətnləri, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla da tanış ola bilərlər.
Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında dərin məzmunlu nitqlərinin mətnləri və digər materiallar da yeni nəşrdə yer alıb.
“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 101-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Şərh Yazın