Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Monqolustanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Monqolustan münasibətləri həm ikitərəfli, həm də beynəlxalq müstəvidə bundan sonra da uğurla davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Şərh Yazın