DAİM.AZ "Qafqazinfo"-ya istinadən xəbər verir ki, sözügedən liqada koronavirus pandemiyasına görə yarımçıq qalmış cari mövsüm ləğv olunub.
Bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
3-cü liqaya yüksələcək və aşağı dəstəyə düşəcək komandalarla bağlı isə hələlik rəsmi qərar qəbul olunmayıb. Bunun turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşdiriləcəyi gözlənilir.
Qeyd edək ki, İngiltərədə yerli liqalar martın 13-də dayandırılıb. Gələn həftə isə səviyyəcə 3-cü çempionat sayılan “League One” ilə bağlı yekun qərar veriləcək.
Şərh Yazın