Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 4-cü gününə start verilir.
8 idmançı və Azərbaycanın 2 milli komandası mübarizə aparacaq.
Mübarizəyə qoşulanlar arasında 2019-cu ildə Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının futbol üzrə qalibi Azərbaycan yığması da var. Samir Əliyevin baş məşqçisi olduğu komanda Səudiyyə Ərəbistanı ilə matçda debüt edəcək.
Velosiped (trek)
11:00 Omnium – Kişilər (10 km), qadınlar (7,5 km). Ayan Xankişiyeva, Viktoriya Sidorenko, Əmral Əbdüləzizli, Elgün Əlizadə
Atletika
16:00 100 metr məsafəyə qaçış (təsnifat). Əlhəm Nağıyev
17:20 Uzunluğa tullanma (təsnifat). Yekaterina Sarıyeva
17:45 Çəkicatma (final). Anna Skidan
Voleybol
17:00 Qadınlar (B qrupu). Seneqal – Azərbaycan
Futbol
18:00 Kişilər (B qrupu). Səudiyyə Ərəbistanı – Azərbaycan
Paraüzgüçülük
19:00 200 metr məsafəyə sərbəst üsulla üzmə (final). Könül Süleymanova (S4)
İslamiada: Azərbaycanın milliləri mübarizəyə start verir
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın