DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin daim sıxlıq müşahidə olunan küçə və prospektləri hazırda boşdur.
Mərkəzlə yanaşı məhəllə arası yollara da nəzarət edilir. Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparır.
Qeyd edək ki, digər rayon sakinlərinin İsmayıllı rayonu ərazisindən keçərək getməsində məhdudiyyət yoxdur. Ancaq onların hər hansısa yaşayış məntəqəsinə girişinə icazə verilmir və qurulan postlarda onların hərəkətinə nəzarət olunur.
Şərh Yazın