Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Habil” kafesinin karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
Obyektə baxış zamanı həmin kafeni icarə əsasında işlədən Y.Hüseynov və iki nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.
Onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.
Şərh Yazın