77-ci Kann Film Festivalının 2024-cü il üçün əsas qaliblərinin adları açıqlanıb. Mükafat Şon Beykerin “Anora” filminə verilib. Bu filmdəki baş rolun ifaçısı Yura Borisovun oyunu isə xüsusilə bəyənilib.
Reyting.az-ın məlumatına görə, bu barədə 25 mayda axşam kinofestivalın bağlanış mərasimində bildirilib.
Bildirilir ki, Beykerin filmindəki rolların əksəriyyətini rusdilli aktyorlar və həmçinin Yura Borisov, Mark Eydelşteyn kimi tanınmışlar ifa edib.
Kann Film Festivalının ikinci, eləcə də ən əhəmiyyətli mükafatlarından biri sayılan "Qran Pri"-ni isə hindistanlı rejissor Payal Kapadia “İşıq kimi təsəvvür etdiyimiz hər şey” filminə görə qazanıb.
“Ən yaxşı rejissor” mükafatı Migel Qomesin “Böyük Səyahət” filminə verilib.
“Ən yaxşı ssenari” üçün təqdim edilən mükafata isə tanınmış iranlı sənətçi, “Müqəddəs əncir ağacının toxumu” adlanan filmin ssenari müəllifi Məhəmməd Rəsulov layiq görülüb. Rəsulovun ssenari müəllifliyi ilə çəkilən bu film Beynəlxalq Kino Mətbuat Federasiyasının da mükafatını alıb.
Cessi Plemons “Kindnesses” filmindəki yaratdığı obraza görə “Ən yaxşı aktyor” nominasiyasının qalibi olub.
Festivalda “Ən yaxşı qadın” rolu mükafatının sahibi də müəyyənləşib. Aktrisalar, "Emilia Perez" filmində rol alan Adriana Paz, Zoe Saldana, Karlos Qaskon və Selena Qomez “Ən yaxşı qadın” roluna görə verilən həmin mükafatı bölüşməli olublar.
Kann Film Festivalında iştirak edən kino əsərlərinin baxışında əsas söz sahibi olan münsiflər heyətinin mükafatını isə fransız rejissor Jak Audiard “Emiliya Peres” adlı filmi qazanıb.
OQTAY
Reyting.az
Şərh Yazın