DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan DAİM.AZ "Qafqazinfo"ya istinadən verilən məlumata görə, BPİ-nin əməkdaşlarının xüsusi karantin rejimin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədi ilə keçirdikləri reyd zamanı bir neçə obyektin işçilərinin xüsusi icazəsinin olmaması, gigiyenik vasitələrdən o cümlədən tibbi masklaradan və əlcəklərdən istifadə etməməsi aşkarlanıb.
Bundan başqa, reyd zamanı Sərxan Hüseynova məxsus obyektin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozması aşkar olunub.
Aşkar olunan faktlar barədə qanunamüvafiq tədbirlər görülüb.
Şərh Yazın