"Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran rayonuna gəlib, xüsusi müşavirə keçirib".
Bunu "Report"un Şimal bürosuna açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev deyib.
O bildirib ki, toplantıda şimal bölgəsinin rayonlarının icra başçıları, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib:
"Tədbirdə adiyyəti qurumların əməkdaşları Kəmaləddin Heydərova ərazidə baş verən yanğınla bağlı məruzə ediblər. Nazir müşavirənin sonunda yanğının tam söndürülməsi istiqamətində tapşırıqlar verib".
Şərh Yazın